Bakıətrafı qəsəbələrə yeni marşrut xətti istifadəyə verilir
    • 4-10-2021, 18:46
    • 311

Bakıətrafı qəsəbələrə yeni marşrut xətti istifadəyə verilir

Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların yaxşılaşdırılması üzrə işlər davam etdirilir.

Bu barədə News24.az-a Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu çərçivədə 115 nömrə adı altında Pirəkəşkül, Yeni qəsəbə, Müşfiqabad və 28 May qəsəbələrində sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə yeni qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib.

Marşrut xətti üzrə avtobuslar başlanğıc məntəqəsi Bakı-Şamaxı şosesi (Sulutəpə qəsəbəsi, körpü) son dayanacaq məntəqəsi Bakı-Şamaxı şosesi (Pirəkəşkül qəsəbəsi) olmaqla hərəkət edəcək.

Yeni xətt üzrə avtobuslar oktyabrın 5-dən fəaliyyət göstərəcək.