-
- 6-10-2021, 17:09
- 984
"Biz Qarabağa silahla yox, kitabla qayıdırıq" - KİTAB SƏRGİSİNDƏN FOTOLAR - YENİLƏNDİ
Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası (“Baku International Book Fair 2021”) açılışı olub.
News24.az-ın məlumatına görə, açılışda Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev və Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmed Demircan iştirak edib.
Tədbiri giriş sözü ilə açan Əli Əhmədov sərginin əhəmiyyətindən danışıb: “Azərbaycanda artıq ənənə halını almış kitab sərgisinin açılışı münasibətilə hamını təbrik etmək istəyirəm. Belə sərgilər hər bir xalqın və dövlətin tarixi üçün mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycan xalqının kitaba olan hörmətinin göstəricisidir. Sivilizasiyanı kitabsız təsəvvür etmək mümkün deyil. Azərbaycan tarixinin bu günə çatmış ənənələri də kitabla bilavasitə əlaqədardır. 2020-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Nizami Gəncəvi ili” elan olunub. Yazı və kitab tarixin ən etibarlı saxlanc yeridir. Bu günlərdə Azərbaycan xalqının əldə etdiyi möhtəşəm qələbələr kitablarda öz əksini tapacaq”.
Mədəniyyət naziri Anar Kərimov builki sərginin ötən illərdəkindən fərqli olduğunu deyib: “Ölkə rəhbərliyi tərəfindən kitab mədəniyyətinə mühüm diqqət göstərilir. Artıq on dörd ildir ki, Azərbaycanda belə möhtəşəm kitab sərgisi keçirilir. Bu il ölkə cənab Prezidenti tərəfindən “Nizamı Gəncəvi ili” elan olunub. Ona görə də qərara gəldik ki, builki kitab sərgisini məhz Nizami Gəncəviyə həsr edək. Bu sərginin ən önəmli özəlliyi ondan ibarətdir ki, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun Qarabağı azad etməsindən sonra təşkil olunur. Bu da sərginin əhval ruhiyyəsinə əlavə qatqı qatır. Cənab prezidentimizin də elan etdiyi azad olunmuş ərazilərə qayıdış proqramı çərçivəsində mədəniyyətə və kitabların Qarabağa qaytarılmasına xüsusi yer ayrılıb. İşğaldan azad edilmiş ərazilərdə 900-ə yaxın kitabxana dağıdılıb, milyona yaxın kitab fondu məhv edilib. Mədəniyyətimizi həmin ərazilərə qaytarmaq üçün Mədəniyyət Nazirliyi tərəfindən ilin əvvəlindən "Qarabağa kitabla qayıdırıq" kampaniyasına başladıq. Bu kampaniya çərçivəsində artıq 55 mindən çox kitab toplanıb və biz dünyaya göstərmək istəyirik ki, biz Qarabağa silahla yox, kitabla qayıdırıq".
Təhsil naziri Emin Əmrullayev kitabın cəmiyyət həyatındakı rolundan danışıb: “Kitab təhsilin mərkəzində duran əsas anlayışlardan biridir. Məsələnin bir qədər də dərininə getsək, kitab mədəniyyətdir. Kiçik yaşlarından uşaqlarda kitaba sevgi yaratmaq çox önəmlidir”.
Qeyd edək ki, sərgidə 13 ölkədən 165 müəssisə iştirak edir.
“Nizami Gəncəvi İli” çərçivəsində hər gün saat 10:00-dan etibarən Bakı Ekspo Mərkəzinin foyesində müxtəlif tədbirlər keçiriləcək.
Ziyarətçilər üçün sərgiyə “Koroğlu” metrostansiyasından hər yarım saatdan bir, “Elmlər Akademiyası” stansiyasından isə hər saatdan bir avtobuslar ödənişsiz hərəkət edəcəklər. Sərginin təşkilatçısı Mədəniyyət Nazirliyidir, təşkilati dəstəyi isə “Caspian Event Organisers” (“CEO”) şirkəti həyata keçirir.
Teymur Məmmədov