Novruz Novruzlu vəfat etdi
    • 20-11-2018, 12:06
    • 2 369

Novruz Novruzlu vəfat etdi

“Savalan” qrupunun bədii rəhbəri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, aktyor Novruz Novruzlu vəfat edib.

O, 58 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, 3 il bundan əvvəl Novruz Novruzlunun qızı 18 yaşında dəm qazından boğularaq həyatını itirmişdi.

Qeyd edək ki, Novruz Novruzlu 1960-cı ildə Ordubad şəhərində anadan olub. İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsində təhsil alıb.

O, institutda oxuduğu müddətdə “Ulduz” tamaşasında Zəfər, “Arşın mal alan”da Əsgər, “O olmasın, bu olsun” tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət “Şərq ansamblı”nda solist kimi fəaliyyət göstərib.

//Yenicag.az