Rauf Babayev VƏFAT ETDİ

Rauf Babayev VƏFAT ETDİ
HADİSƏ / MƏDƏNİYYƏT

27-03-2020, 12:00

Mətn ölçüsü

Azərbaycanın Xalq artisti Rauf Babayev vəfat edib.

Müğənni 83 yaşında dünyasını dəyişib.
Rauf Babayev 1937-ci ildə Leninakanda (Gümrü) anadan olub. 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən “Qaya” vokal instrumental qrupunun üzvü olub.

1995–2001-ci illərdə “Bəri bax” vokal qrupunun bədii rəhbəri işləyib. 2001-ci ildən “Qaya” Dövlət Ansamblının bədii rəhbəridir. Bir çox xarici ölkələrdə qastrol səfərində olub.

1978-ci ildə Azərbaycan SSR əməkdar artisti, 2006-cı ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. 2017-ci ildə “Şöhrət” ordeni alıb. /Trend/