-
- 4-10-2018, 11:55
- 1 981
Xalq artisti Hacıbaba Bağırovun anım günüdür
Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti, Şöhrət ordenli, "Tənqid-təbliğ" teatrının direktoru və bədii rəhbəri Hacıbaba Bağırovun anım tarixidir.
İnterAz-ın məlumatına görə, Bağırov Hacıbaba Ağarza oğlu 1932-ci ildə Bakıda fəhlə ailəsində anadan olub. 1947-ci ildə orta məktəbi bitirdikdən sonra teatra olan böyük həvəsi onu Azərbaycan Dövlət Akademik Dram Teatrının nəzdindəki aktyor studiyasına gətirib çıxarıb. 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb.
1960-cı ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub. Bu kollektivdə Fuad ("Almas"), Şahsuvar ("Komsomol poeması"), Rəşid ("Anacan") kimi müxtəlif səpgili rollar oynayıb. 1962-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox surətin onun gülüş ustası kimi püxtələşməyinə və populyar olmağına böyük təsiri olub. Üzeyir Hacıbəyovun "Arşın mal alan"ında Soltan bəy, "O olmasın, bu olsun"unda Məşədi İbad, Zülfüqar Hacıbəyovun "50 yaşında cavan"ında Orduxan, Süleyman Ələsgərovun "Həmişəxanım"ında Cəbi Cüməzadə, "Hardasan, ay subaylıq"da Novruzəli və digər onlarla tamaşadakı rolları milli mədəniyyətimizin inkişafına xidmət edib.
H.Bağırovun teatrla yanaşı kino sahəsində də fəaliyyəti uğurlu olub. "Ulduz"da Möhsün, "Mehman"da Arif, "Onun bəlalı sevgisi"ndə Qaraxalov, "Alma-almaya bənzər"də Məmmədəli, "Şirbalanın məhəbbəti"ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb.
1989-cu ildən 1996-cı ilədək yaratdığı "Tənqid-təbliğ" teatrının direktoru və bədii rəhbəri vəzifələrində işləyib. 1996-cı ildən Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub. 2001-ci ildə "Bankir adaxlı" tamaşasına görə "Qızıl Dərviş" mükafatına layiq görülüb.
Respublikanın Əməkdar artisti, "Azərbaycanın Xalq artisti" fəxri adlarına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, "Şöhrət" ordeni ilə təltif edilib.
H.Bağırov 2006-cı il oktyabrın 4-də vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.
//İnterAz.tv