-
- 6-10-2021, 17:25
- 370
Bakıda 60 ağacın kəsilməsinə görə cinayət işi başlandı
Paytaxtın Nərimanov rayonunda özlərini “Vətən müharibəsi əlillərinə kömək” ictimai birliyinin əməkdaşları kimi təqdim edən bir qrup şəxs tərəfindən yaşıllıq zolağında 60 ədəd ağacın kəsilərək məhv edilməsi ilə bağlı məlumatlar yayılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-a bildirilib ki, qeyd edilən ərazidə ağacların kəsilməsi ilə əlaqədar Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsində vətəndaş müraciətləri əsasında araşdırma aparılıb.
Toplanmış material Nərimanov rayon prokurorluğu tərəfindən öyrənilməklə fakta görə Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon polis idarəsinin İstintaq şöbəsinə tapşırılıb.
Hazırda iş üzrə istintaq davam edir.