Röyanın konsertinin vaxtı yenə dəyişdirildi
    • 7-10-2021, 12:47
    • 6 280

Röyanın konsertinin vaxtı yenə dəyişdirildi

Xalq Artisti Röya Ayxanın Bakı Konqres Mərkəzində keçiriləcək “NAZLI” adlı solo konsertinin vaxtı dəyişdirilib.

News24.az xəbər verir ki, məşhur müğənninin 12, 13, 14 noyabr tarixlərində qeyd olunan konsert qeyri-müəyyən vaxtadək təxirə salınıb. 

Sənətçi hazırda Türkiyədədir. R.Ayxan onunla eyni səhnəni paylaşacaq orkestr rəhbəri ilə yenidən görüşlər edir, repertuar üzərində işləyir. 

Planlaşdırılan yeni tarix barədə mətbuata açıqlama veriləcək.

Qeyd edək ki, may ayında keçirilməsi planlaşdırılan konsert pandemiya səbəbindən, əvvəlcə oktyabr, daha sonra noyabr ayınadək təxirə salınmışdı.