Bərdədə məktəb binası uçdu - FOTO
    • 7-10-2021, 15:20
    • 300

Bərdədə məktəb binası uçdu - FOTO

Bərdə rayonunda məktəb binası uçub.

Hadisə rayonun Mehdili kənd tam orta məktəbində baş verib.

Mehdili kənd ərazi nümayəndəsi, Rəhim Kazımov  bildirib ki, məktəb binası 3 gündür ki, hissə-hissə uçmağa başlayıb. Sonuncu uçqun idman zalında baş verdiyi üçün xəsarət alan olmayıb.

200 şagirdin təhsil aldığı 360 yerlik məktəb binasının növbəti ildən tikintisinə başlanacaq.

R. Kazımov onu da bildirib ki, şagirdlərin təhsilini davam etdirməsi üçün ən qısa müddətdə sinif otaqları quraşdırılacaq. /APA/