Şabranda zəlzələ oldu
    • 7-10-2021, 15:52
    • 352

Şabranda zəlzələ oldu

Bu gün yerli vaxtla saat 15:01-də Siyəzən stansiyasından 11 km şimal-qərbdə Şabran rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə News24.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.

Qeyd olunub ki, maqnitudası 3,4, dərinliyi isə 2 km olan təkanlar zəif hiss olunub.