Sabahın havası açıqlandı
    • 8-10-2021, 12:53
    • 436

Sabahın havası açıqlandı

Azərbaycanda oktyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Şimal-şərq küləyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-17° isti, Bakıda gecə 9-11° isti, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi  773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-50% olacaq.

Tibbi-meteoroloji proqnoz: oktyabrın 9-da  Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında: əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13°  isti, gündüz 16-20° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək  isti , gündüz  4-8° isti olacaq.