-
- 9-10-2021, 18:23
- 2 799
701 saylı hərbi hissənin 30 illiyi tamam olur - FOTOLAR
Azərbaycan xalqı bu gün özünün ən qürurlu tarixini yaşayır. Erməni işğalçılarına qarşı apardığımız "Dəmir yumruq" əməliyyatında mənəvi və hərbi keyfiyyətlər üzə çıxdı. Biz bəşəri dəyərlərə söykənən qüdrətli ordu kimi dünyada tanındıq.
News24.az xəbər verir ki, bu gun 701 saylı hərbi hissənin 30 illiyi tamam olur. Milli hərb tariximizdən bizə yaxşı bəllidir ki, 1991-ci il oktyabrın 9-da Ali Sovet "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" qanun qəbul etdi və bu qanunun qəbul edilməsi ilə ölkəmizdə ordu quruculuğunun huquqi bazasını yaratdı Azərbaycan Respublikasının suverenliyini və ərazi butovluyunu təmin etmək üçün elə həmin il oktyabrın 9-da Müdafiə nazirinin əmri ilə ilk desant hucum taborunun 18110 saylı hərbi hissənin təməli qoyuldu. Sonra isə Müdafiə nazirinin 10 mart 1992-ci il tarixli 01 saylı əmri ilə hərbi hissəmizin "18110" şərti nömrəsi öz rəqəmləri ilə böyük məna kəsb edən "701" oldu Belə ki, 701 rəqəmi Şərqin ilk demokratik respublikası kimi Azərbaycan Xalq Cühuriyyətimizin 701 yaşam günlərinin sayına uyğun təyin edilmişdir. Bu dəyişikliyi ilk könüllü döyüşçülərimizin Milli Ordumuzla bağlı çiçək açan arzularından biri kimi dəyərləndirə bilərik.
2-ci Qarabağ savaşında da 701 saylı hərbi hissənin veteranları öz sözünü dedilər. Onlar Veteran Taşkilatlarının Koordinasiya Mərkəzinin mütəşəkkil təşkilatçılığı sayesində erməni işğalçılarına qarçı hərbi əməliyyatlarda ordumuza hərtərəfli yardım etdilər və onlarla birgə çiyin çiyinə vuruşdular.