Aparıcı canlı efirdə infarkt keçirdi – VİDEO
    • 20-11-2018, 14:48
    • 855

Aparıcı canlı efirdə infarkt keçirdi – VİDEO

Türkiyənin Eskişehir şəhərində yerli televiziyalardan birində idman şərhçisi canlı yayımda infarkt keçirib.

İdman aparıcısı Şükrü Oytan komandalar haqqında fikir bildirərkən qəfildən qarşısındakı masanın üzərinə yıxılıb. Daha sonra isə müvazinətini itərərək yerə düşüb. Təcili tibbi yardım çağrıldıqdan sonra o, xəstəxanaya aparılıb.

Daha sonra veriliş yayımlanan kanal sosial mediada paylaşım edərək, sözügedən aparıcının səhhətinin yaxşı olduğunu izləyicilərlə bölüşüb.

Şəlalə AĞAYEVA