Livanda neft-anbar yanır  - Video
    • 11-10-2021, 10:39
    • 494

Livanda neft-anbar yanır - Video

Bu gün səhər saatlarında Livanın cənubunda yerləşən əl-Zaxrani Neft Emalı Zavodunun rezervuarlarından birində güclü yanğın baş verib.

News24.az xəbər verir ki, yanğının yayılması və partlayışın baş verməs ehtimalı ilə bağlı Livan ordusu neft obyektlərinin ətraflarından evakuasiya edilir.

Yanğının səbəbləri hələ məlum olmasa da, neftayırma zavodundakı köhnə rezervuarlardan birində meydana gəldiyi və 702 nömrəli rezervuarın yandığı bəllidir. Buna baxmayaraq orada hansı maddənin yandığı bilinmir.

Hazırda zavodun işçiləri 701 nömrəli rezervuarın soyudulması üzərində işlər aparırlar.