-
- 11-10-2021, 14:25
- 406
Baş Prokurorluq Gəncə terrorunun təqsirkarları ilə bağlı məlumat yaydı
Baş Prokurorluq İkinci Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələrinin Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutmasının ildönümü ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən News24.az-a daxil olan məlumatda deyilir:
"Ermənistan Silahlı Qüvvələri tərəfindən sülh və insanlıq əleyhinə cinayətlər törədilməklə mülki əhalinin sıx yaşadığı Azərbaycanın 2-ci böyük şəhəri olan qədim Gəncə raket atəşinə tutulub. Təqsirkar şəxslərin beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsindən ötrü lazımi tədbirlərin görülməsi davam etdirilir. Gəncə şəhərinin ağır artilleriyadan atəşə tutulması nəticəsində həlak olmuş soydaşlarımızı hörmətlə anırıq".