-
- 11-10-2021, 16:19
- 569
Erkin Qədirli Respublika Günü ilə bağlı dəyişikliyə qarşı çıxdı
Deputat Erkin Qədirli 28 may Respublika Gününün adının dəyişdirilməsinə etiraz edib.
E. Qədirli parlamentin plenar iclasındakı çıxışında qeyd edib ki, layihədə təklif edilən 18 Oktyabr gününün Müstəqilliyin bərpası kimi adlandırılmasını doğru sayır: “Çünki müstəqilliyi 1991-ci ildən saymaq tarixi danmaq olardı. Ancaq 28 Mayı Müstəqillik Günü adlandırmağa ehtiyac yox idi.
Aydındır ki, həmin gün Müstəqillik Günüdür. Konstitusiyada qeyd edilib ki, çoxəsrlik ənənələrə sadiq qalınıb. Ancaq respublika kimi ilk dəfə idi ki, dövlət yaradılmışdı. Respublika sözündə və cümhuriyyət sözündə də hürriyyət var idi. Biz illərcə müstəqillikdən çox respublikaçılığı vurğulamışıq. Ona görə də 28 May bayramından respublika sözünün götürülməsini doğru saymıram”. /Qafqazinfo/