Bakıda 190 nömrəli müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılır
    • 20-11-2018, 15:40
    • 782

Bakıda 190 nömrəli müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılır

Bakı Nəqliyyat Agentliyi (BNA) 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyətini dayandırır.

Bu barədə BNA-dan bildirilib.
Məlumata görə, noyabrın 22-dən etibarən Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq. Belə ki, BNA-nın İdarə Heyətinin sədrinin bugünki sərəncamına əsasən, xəttin müvəqqəti istimarına dair “Ayşən LTD” MMC ilə imzalanmış müqaviləyə də xitam verilib.

//Report