SON DƏQİQƏ! Aeroport yolundakı dəhşətli qəzada xəsarət alan qadının  ayağı amputasiya edildi
    • 13-10-2021, 11:34
    • 764

SON DƏQİQƏ! Aeroport yolundakı dəhşətli qəzada xəsarət alan qadının ayağı amputasiya edildi

“Baş verən qəza ilə bağlı xəstəxanamıza 17 müraciət olub. Onlardan 11 nəfəri xəstəxanaya yerləşdirilib. Digərlərinə isə yardım edilib və müayinə olunaraq evə buraxılıblar. Xəstəxanada olan sərnişinlərdən biri hazırda əməliyyatdadır və vəziyyəti ağırdır. O, döş və qarın boşluğundan ciddi travma alıb".

Bu sözləri News24.az-a açıqlamasında 3 nömrəli Şəhər Klinik Xəstəxanasının şöbə müdiri Namiq Dəmirçiyev deyib.

O bildirib ki, hazırda xəstəxanaya yerləşdirilənlərdən 5-i reanimasiyadadır: "Digərlərinin xəsarətləri yüngül olduğu üçün travma şöbəsindədir. Xəstələrdə müxtəlif travmalar və zədələr, yəni ki, kəllə-beyin travması, döş qəfəsinin travması müşahidə olunur. Müvafiq olaraq müayinələr olunub və lazımi tədbirlər görülür. Xəstəxanaya daxil olan qadınlardan birinin sağ baldırı travmatik amputasiya olunub. Vəziyyəti stabildir”. 

Qeyd edək ki, bu gün səhər saatlarında baş verən qəzada yük maşını sərnişin avtobusuna çırpılıb. Nəticədə 5 nəfər ölüb, 21 nəfər isə xəsarət alıb.