Binəqədidə qazi maşını şəhidlərin plakatına çırpdı, ölən var - VİDEO
    • 13-10-2021, 19:33
    • 1 273

Binəqədidə qazi maşını şəhidlərin plakatına çırpdı, ölən var - VİDEO

Bu gün günorta saatlarında paytaxtın Binəqədi rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

News24.az Avtosfer.az-a istinadən xəbər verir ki, 99 KB 626 dövlət nömrə nişanlı, "BMW" markalı avtomobil sürücüsü, Zakir Məmmədov manevr qaydaları kobud şəkildə pozub. Yüksək sürətlə hərəkət edərək əvvəlcə yolun kənarında dayanmış 99 DV 428 dövlətnömrənişanlı,  "Opel" markalı avtomobilə çırpılıb.  Daha sonra isə Vətən müharibəsi şəhidlərinin şəkilləri olan lövhəyə dəyib. Şahidlərin Avtosfer.az-a bildirdiyinə görə hadisə nəticəsində "BMW"nin sürücüsü Zakir Məmmədov xəsarət alıb. "Opel" markalı avtomobilin sürücüsü Qurban İsmayılov isə hadisə yerində keçinib. Hadisə yerinə Binəqədi rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək qəzanı törədən şəxsin qazi olduğu bildirilir.  Həmçinin avtomobilin ön tərəfində dövlət nömrə nişanlı olmayıb.