Tramp və Putin görüşü baş tutdu
    • 16-07-2018, 15:56
    • 875

Tramp və Putin görüşü baş tutdu

Bu gün Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Finlandiyada görüşür.

News24.az 
Rusiya mediasına istinadən xəbər verir ki, Prezidentlər görüşdən əvvəl mediaya qarşısına çıxıblar.

ABŞ prezidenti bildirib ki, Vaşinqton-Moskva münasibətlərini yaxşılaşdırmaq üçün şans var. D. Tramp rusiyalı həmkarı ilə ticarət, hərbi məsələlər, nüvə problemi və Çinlə münasibətlər barədə müzakirə aparacaqlarını söyləyib.

Öz növbəsində V. Putin amerikalı həmkarı ilə görüşməkdən məmnun olduğunu söyləyib: "Əlbəttə ki, ikitərəfli münasibətlərimiz və dünyanın müxtəlif ağrılı məsələləri haqqında ətraflı danışmağın vaxtı çatıb, onların sayı kifayət qədər çoxdur”.

Qeyd edək ki, iki prezidentin görüşündən öncə avropalı parlamentarilər bunun nəticəsiz qalacağını bəyan edərək, Trampın gözlənilməz açıqlamalar edə biləcəyini vurğulamışdılar.