Telman İsmayılov Monteneqrodan sığınacaq istədi
    • 15-10-2021, 12:53
    • 541

Telman İsmayılov Monteneqrodan sığınacaq istədi

Rusiya Federasiyası Baş Prokurorluğu tərəfindən Monteneqrodan ekstradisiyası istənilən azərbaycanlı iş adamı Telman İsmayılov ona qarşı irəli sürülən cinayət ittihamlarını qəbul etmir və siyasi sığınacaq istəyəcək.

News24.az xəbər verir ki, bu barədə T.İsmayılovun vəkili Marina Rusakova bildirib. 

Vəkil qeyd edib ki, Telman İsmayılov siyasi sığınacaq üçün müraciət Monteneqroya edib, ekstradisiya məsələsinə isə məhz bundan sonra baxılacaq.