Müstəqilliyimizin 30 illiyi münasibətilə TƏDBİR KEÇİRİLDİ - FOTO
    • 15-10-2021, 16:48
    • 749

Müstəqilliyimizin 30 illiyi münasibətilə TƏDBİR KEÇİRİLDİ - FOTO

Bu gün Azərbaycan Hərb Tarixi Muzeyində xalqımızın milli dövlətçilik tarixində müstəsna əhəmiyyət kəsb edən Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin elan edilməsinin 30 illiyi münasibəti ilə “Daimi, əbədi və dönməz müstəqilliyimiz!” adlı yubiley tədbiri keçirilib.

News24.az-ın məlumatına görə, tədbirdə Müdafiə Nazirliyinin hərbi hissələrinin,idarə və müəssisələrinin, Silahlı Qüvvələrin Hərbi Akademiyasının, veteran təşkilatlarının, müharibə veteranlarının, şəhər muzeylərinin və digər idarə-müəssisələrin nümayəndələri iştirak etməyib.

Tədbirdə AHTM-in rəisi e.o.polkovnik Əzizağa Qənizadənin, muzeyin tədqiqatçı-baş elmi işçisi t.ü.f.d. Vahid İsmayılovun və digər tədbir iştirakçılarının çıxışları dinlənilib, mövzü ətrafında müzakirələr aparılıb, tarixi günə həsr olunmuş sənədli film nümayiş olunub.

Tədbirin bədii hissəsində Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzinin nəzdində fəaliyyət göstərən ansanblın solistlərinin ifasında hərbi-vətənpərvərlik musiqiləri səsləndirilib.