-
- 15-09-2021, 16:10
- 545
Azərbaycan Hərb Tarixi Muzeyində Bakının qurtuluşunun 103 illiyi qeyd olundu
Sentyabrın 15-də Azərbaycan Hərb Tarixi Muzeyində Bakının erməni-daşnak qüvvələrinin işğalından azad olunmasının 103 illiyinə həsr edilmiş “Bakının qurtuluşu – Azərbaycan-Türkiyə qardaşlığının qəhrəmanlıq zirvəsi” mövzusunda “dəyirmi masa” keçirilib.
News24.az xəbər verir ki, “dəyirmi masa”da Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşeliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun, Müdafiə Nazirliyinin, idarə və müəssisələrin, hərbi hissələrin, həmçinin respublika muzeylərinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “15 sentyabr Bakının qurtuluşu Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, sentyabrın 15-də Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.
Tədbirdə, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının professoru, polkovnik Mehman Süleymanovun “Nuru paşanın rəhbərliyi altında Bakı şəhərinin azad olunması əməliyyatının təşkili və onun tarixi əhəmiyyəti”, AMEA Tarix İnstitutunun “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin aparıcı elmi işçisi Kamran İsmayılovun “15 sentyabr Azərbaycan tarixinin möhtəşəm zəfər səhifəsidir” və digərlərinin məruzələri dinlənilib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb və sənədli film nümayiş etdirilib.