Moskva aeroportunda təyyarə ermənini vurdu - VİDEO
    • 21-11-2018, 10:56
    • 779

Moskva aeroportunda təyyarə ermənini vurdu - VİDEO

Rusiyanın hüquq-mühafizə orqanları Moskvanın “Şeremetovo” aeroportunda təyyarənin vurduğu kişinin şəxsiyyətini müəyyənləşdirib. 

Ölən şəxs Madriddən vətəninə deportasiya edilən və Moskva aeroportundan Yerevana getməli olan 25 yaşlı Ermənistan vətəndaşıdır. 

Qeyd edilib ki, kişi Madriddən Moskvaya uçan təyyarənin göyərtəsində insident törətdikdən sonra reysi tərk edib, bundan sonra onun taleyi naməlum qalıb. 

Aeroport nümayəndəsi kişinin cəsədinin eniş zolağında aşkarlandığını təsdiqləyib. 

Faktla bağlı araşdırma aparılır. 

//Oxu.az