Mafiyadan ayrılıb, kitab yazdı - Öldürüldü - FOTO
    • 21-11-2018, 11:42
    • 654

Mafiyadan ayrılıb, kitab yazdı - Öldürüldü - FOTO

Danimarkada bir zamanlar mafiyanın əsas siması olan türk əsilli Nedim Yaşar Kopenhagendə öldürülüb.

N.Yaşar vaxtilə Danimarkada narkotik ticarəti, qaçaqmalçılıq, soyğunçuluq və zorakılıq hadisələri ilə yaddaşlarda qalan “Döyüşçülər” adlı təşkilatın liderlərindən olub.
N.Yaşar sonradan xanımının hamilə olması səbəbindən mafiyadan ayrılıb və yerli radioların birində proqram aparmağa başlayıb.
31 yaşlı N.Yaşar cinayət aləmindən xilas olmasını özündə əks etdirən “Rodder” (Köklər) adlı kitabının dünən axşam saatlarında təqdimatını keçirib.
Tədbirdən çıxdığı zaman silahlı hücuma məruz qalıb. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
O, ötən ilə təhdid aldığı üçün polisə müraciət etmişdi. Nedimin təhlükəsizliyi üçün polis onu xüsusi telefonla təchiz etmişdi. Ancaq hücuma məruz qalan zaman telefon yanında olmayıb.
Məlumat üçün deyək ki, N.Yaşar Türkiyədə doğulub və 4 yaşı olanda ailəsi ilə birlikdə Danimarkaya köçüb.

//Teleqraf.com