Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşdü - Ölən var

Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşdü - Ölən var
HADİSƏ

19-10-2021, 12:04

Mətn ölçüsü

Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.