Ankarada partlayış - Yeniləndi - Video

Ankarada partlayış - Yeniləndi - Video
Dünya / Video / Foto

20-10-2021, 12:35

Mətn ölçüsü

Ankara şəhərində Eskişehir yolundakı Mineral Araşdırma və Kəşfiyyat Müdirliyindəki partlayışdan sonra güclü yanğın başlayıb. 

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisənin baş verməsindən bir neçə dəqiqə sonra ikinci partlayışının da baş verib. Hadisə yerinə yanğınsöndürənlər və həkimlər gəlib. 

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

11:41

Türkiyənin paytaxtı Ankara şəhərində Eskişehir yolundakı Mineral Araşdırma və Kəşfiyyat Müdirliyində partlayış olub.

News24.az "Haberglobal"a istinadən xəbər verir ki, partlayışdan sonra yanğın baş verib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

YouTube