-
- 20-10-2021, 12:27
- 2 450
Yarım milyonluq DƏLƏDUZLUĞA görə sabiq hakimə 8 İL HƏBS VERİLDİ
Bakı Apelyasiya Məhkəməsinin və Suraxanı rayon Məhkəməsinin hakimi olmuş, dələduzluqda təqsirləndirilən Lətif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, L. Nəbiyev 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, L.Nəbiyev zərərçəkmiş Azad İbrahimova 247 min 500 dollar Rüstəm Abdullayevə isə 59 min 700 dollar zərər vurub. O, R.Abdullayevdən pulu iş qurmaq adı ilə alıb. A.İbrahimovla qohum olan L.Nəbiyev həmin şəxsin pulunu Bakıda dəniz kənarında torpaq almaq məqsədi ilə alaraq dələduzluq edib.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) maddəsi ilə ittiham verilib.
Onu da qeyd edək ki, 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə L. Nəbiyev statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.