-
- 7-12-2018, 14:20
- 1 218
Dələduzluqda təqsirləndirilən bələdiyyə sədrinə cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunun Məhəmmədi kəndinin sabiq bələdiyyə sədri Vaqif Nəbiyev və bələdiyyənin keçmiş üzvü Nazim Pənahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, hər iki şəxs barəsində şərti cəza seçilib.
İttihama görə, V.Nəbiyev Abşeron rayon Məhəmmədli Bələdiyyəsinin sədri vəzifəsində çalışıb. O, bu vəzifədə çalışarkən qulluq mövqeyindən istifadə edərək, 2015-ci ildə kənd ərazisində olan 30 sot torpaq sahəsini zərərçəkmiş şəxsə satacağını deyərək, ondan 23 min manat pul alıb.
Bundan sonra V.Nəbiyev vədinə əməl etməyib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dəldəzuluq etmək) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, yeddi il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və V.Nəbiyev məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, V.Nəbiyevə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
V.Nəbiyevin məhkəməsi davam etdirilən zaman onun və bələdiyyənin keçmiş üzvü N.Pənahovun barəsində eyni əmələ görə daha bir cinayət işi başlanılıb. Hər iki şəxsin barəsində həbs-qətimkan tədbiri seçilməmişdi.
//Oxu.az