Hindistanda daşqın - 54 nəfər öldü
    • 21-10-2021, 11:10
    • 379

Hindistanda daşqın - 54 nəfər öldü

Hindistanın Uttarahand ştatında güclü yağışların səbəb olduğu daşqın və sürüşmələr nəticəsində 54 nəfər ölüb.

News24.az xəbər verir ki, təbii fəlakət nəticəsində daha 11 nəfər itkin düşüb, 12 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, daha əvvəl ştat rəhbərliyi ölənlərin ailələrinə 400 min rupi (5300 ABŞ dolları) evlərini itirənlərə 190 min rupi (2500 ABŞ dolları) məbləğinda yardım ediləcəyini bildirib.

Güclü yağışların əmələ gətirdiyi daşqın və sürüşmələr nəticəsində bir sıra yaşayış məntəqələri arasında əlaqə kəsilib. \RİA Novosti\