İranda daşqın nəticəsində dörd nəfər həlak olub
    • 6-10-2018, 17:05
    • 1 660

İranda daşqın nəticəsində dörd nəfər həlak olub

İranın Mazandaran vilayətində güclü daşqın səbəbindən dörd nəfər həlak olub.

Bu barədə “Tasnim” agentliyinə vilayət təcili tibbi yardım mərkəzindən bildirilib. 

Cümə günü Mazəndəran və Gilan vilayətləri ərazisində yağan leysan yağış nəticəsində bəzi evlər dağılıb və yollar çöküb, habelə elektrik təchizatı, nəqliyyat və rabitədə fasilə yaranıb.

“Mehr” agentliyinin verdiyi xəbərə görə, Mazandaran vilayətinin 6 şəhristanında məktəblər müvəqqəti bağlanıb.
//report