"Şəhid ailəsi üzvü" vəsiqəsi verilən şəxslərin sayı açıqlandı
    • 21-10-2021, 15:39
    • 453

"Şəhid ailəsi üzvü" vəsiqəsi verilən şəxslərin sayı açıqlandı

“Şəhid ailəsi üzvü” vəsiqəsinin verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir.

News24.az xəbər verir ki, 2020-ci ilin dekabr ayından bu günədək şəhid ailələrinin üzvləri olan 6 253 şəxsə həmin vəsiqə Agentliyinin ərazi filialları və Bakı DOST mərkəzləri tərəfindən təqdim olunub. /apa.az/