Məktəblərdə distant tədrisə keçid planlaşdırılmır - RƏSMİ
    • 22-10-2021, 12:02
    • 512

Məktəblərdə distant tədrisə keçid planlaşdırılmır - RƏSMİ

Son günlər məktəblərdə dərslərin distant formaya keçib-keçməyəcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirildi.

News24.az xəbər verir ki, Təhsil və Səhiyyə nazirlikləri birgə yaydıqları məlumatda yaxın vaxtlarda distant təhsil formasına keçirilməyəcəyi qeyd edilib: "Hazırda ümumtəhsil məktəblərində tədris prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir və yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır. Ənənəvi tədrisin davamlı olmasını təmin etmək üçün sosial məsafəni gözləmək, sanitar-gigiyena qaydalarına əməl etmək önəmlidir. Növbəti həftələrdə də yoluxma halları baş verdikdə siniflərin, daha kütləvi yoluxma olduğu təqdirdə isə məktəblərin distant təhsilə keçirilməsi prosesi davam etdiriləcək və bu barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək".

.