Qəzada həyatını itirən şəhid xanımı dəfn olundu
    • 22-10-2021, 12:47
    • 398

Qəzada həyatını itirən şəhid xanımı dəfn olundu

Şəhid mayor Rəhim Hüseynovun il mərasiminə gedərkən avtomobil qəzasında dünyasını dəyişən həyat yoldaşı Günel Ələsgərova dəfn olunub.

News24.az-ın xəbərinə görə, mərhum bir qədər öncə Xırdalan qəbristanlığında babası və nənəsinin məzarının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, G.Ələsgərovanın nəşi gecə Zərdabdan Bakıya, ata evinə gətirilmişdi.

Xatırladaq ki, Günel Ələsgərova Bakıdan şəhid həyat yoldaşının anım mərasiminə gedərkən Kürdəmir yolunda qəzaya düşüb.
Qəzada şəhidin övladlarından biri də xəsarət alıb.