Vüsalə Əlizadənin qəzada həyatını itirən qardaşı atasının yanında dəfn olundu

Vüsalə Əlizadənin qəzada həyatını itirən qardaşı atasının yanında dəfn olundu
HADİSƏ / ŞOU-BİZNES

16-08-2021, 12:09

Mətn ölçüsü

Xəbər verdiyimiz kimi, DSX-nin Sahil Mühafizəsinin Cənub regional şöbəsinin əməkdaşı, baş leytenant, ATV-nin tanınmış aparıcısı Vüsalə Əlizadənin qardaşı Əlihüseyn Əlizadə Astaradan Lənkərana gələrkən, rayonun Dəhnə kəndi ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəzaya düşərək vəfat edib.

News24.az xəbər verir ki, mərhum səhər saatlarında Buzovna kəndində atasının yanında dəfn olunub. 

Qeyd edək ki, Əlihüseyn Əlizadə beş bacının bir qardaşı idi. Mərhumun 1 oğlu var idi. Ona aparıcının mərhum atasının adı - Rafael adı qoyulmuşdu.