Şəhid çavuş dəfn olunub - FOTO
    • 21-09-2020, 16:47
    • 702

Şəhid çavuş dəfn olunub - FOTO

Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu, 1982-ci il təvəllüdlü Elşən Əli Oğlu Məmmədov dəfn olunub.

News24.az xəbər verir ki, şəhidin cənazəsi nəşi Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.