Kamilla Məmmədzadə Qran-pri qazandı - FOTO
    • 22-10-2021, 13:19
    • 563

Kamilla Məmmədzadə Qran-pri qazandı - FOTO

Azərbaycanlı gənc ifaçı, model Kamilla Məmmədzadə Türkiyə keçirilən "Golden Star Kids International" beynəlxalq müsabiqəsinin qalibi olmaqla yanaşı, layihənin Qran-prisini də qazanıb.

News24.az xəbər verir ki, layihənin əsas məqsədi moda sənayesi sahəsində gənc nəslin potensialını üzə çıxararaq inkişaf etdirmək, ən yaxşı modellərin beynəlxalq arenada iştirakını təmin etməkdir.

Müsabiqədə 60 ölkədən, o cümlədən Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Polşa, Kuba, Tailand və digər ölkələrdən 4 yaşdan 18 yaşa qədər 70-ə yaxın iştirakçı qatılıb.

Layihə milli geyimin təqdimatı, yaradıcılığın müxtəlif sahələrində bacarıqların nümayişi və iştirakçıların bal kostyumları ilə çıxdıqları final hissəsindən ibarət olub.

Layihə çərçivəsində Kamilla milli geyimini nümayiş etdirib və "Xarı Bülbül" adlı Azərbaycan mahnısını ingilis dilində geniş auditoriya qarşısında ifa edib. Münsiflər heyəti azərbaycanlı iştirakçının çıxışını yüksək qiymətləndirərək ona ən yüksək balları verib. 11 yaşlı Kamilla Məmmədzadə yaxşı ifaya görə "Best Voice World 2021" nominasiyasına layiq görülüb.

Kamilla Məmmədzadə təkcə model deyil, həm də müğənni və dizaynerdir. O, 2020 -ci ildə "Neva Fashion Week" layihəsi çərçivəsində Sankt-Peterburqda hazırladığı uşaq geyimlərini "Kamilla's Magic World" markası adı altında təqdim edib və "Ən yaxşı uşaq markası" nominasiyasına sahib olub. İstedadlı Kamilla Məmmədzadə həmçinin son illər qazandığı uğurlara görə 2021-ci ildə "Reputation Inc" şirkətinin təşkilatçılığı ilə baş tutan beynəlxalq "Golden Palm Awards" qala gecəsində mükafat qazanıb.