-
- 22-10-2021, 18:16
- 574
13 ton süd məhsulu məhv edildi
Sevindirici haldır ki, artıq qida sahəsində çalışan sahibkarlar istifadə müddəti bitmiş, istehlak üçün yararsız məhsulların satış şəbəkələrindən geri çağırılması və məhv edilməsi təşəbbüsü ilə çıxış edirlər. Bu, Qida Təhlükəsizliyi Agentliyinin də xeyli vaxtdır əldə etməyə çalışdığı nəticədir.
Agentlikdən News24.az-a verilən məlumata görə, iri süd məhsulları istehsalçılarından olan “AZ FP CO LTD” MMC (“Milla”) istehlaka yararsız və istifadə müddəti bitmiş 72 adda, 13,364.84 kq müxtəlif növ süd məhsullarının məhv edilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib. Həmin məhsullar əməkdaşlarımız və vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə Sumqayıtda yerləşən tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Bu, şirkətin qida təhlükəsizliyinin təmin olunması, eləcə də istehlakçıların etibarını qazanması baxımından çox gözəl nümunədir. Biz bir daha əhalinin sağlamlığının qorunması üçün bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin hər birini istifadə müddəti bitmiş, istehlaka yararsız məhsulların satış şəbəkələrindən geri çağırılması və məhv edilməsində maraqlı olmağa çağırırıq və istehlakçı etimadını qazanmaq üçün bu nümunədən geniş istifadəni tövsiyə edirik.
Cari ilin ötən dövrü ərzində istifadə müddəti bitmiş, istehlaka yararsız qida məhsullarının geri çağırılması və məhv edilməsi təşəbbüsü ilə çıxış edən sahibkarlıq subyektlərinə AQTA və istehlakçılar adından təşəkkürümüzü bildirir, həmin şirkətlərin və məhv olunmuş məhsulların siyahısını ictimaiyyətə təqdim edirik.
Tam siyahı ilə linkə keçid edərək tanış ola bilərsiniz:
http://afsa.gov.az/uploads/info/warning/sahibkarlar__nm__raci__tl__ri__sas__ndam__hvetm___pdf1634908607.pdf