“Sonuncu” filmi mükafata layiq görüldü- FOTO/ViDEO
    • 25-10-2021, 12:14
    • 913

“Sonuncu” filmi mükafata layiq görüldü- FOTO/ViDEO

Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi “OFF CINEMA” 25-ci Beynəlxalq Sənədli Film Festivalında “Bürünc Qəsr” (Bronze Castle) mükafatına layiq görülüb.

"Azərbaycanfilm"dən News24.az-a verilən məlumata görə, bu ilin oktyabrın 19-24-də Polşanın Poznan şəhərində keçirilən festivalın uzun metrajlı sənədli filmlər müsabiqəsində “Sonuncu” ilə birgə 13 film yarışıb.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur.

Ekran əsərinin təsvir rejissoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.

Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir.

“Sonuncu” bu il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, müxtəlif ölkələrin mühüm film festivallarında iştirak edib. Eyni zamanda Bosniya-Hersoqovinada keçirilən 15-ci Jahorina Film Festivalında isə “Ən Yaxşı Sənədli Film” nominasiyası üzrə “Golden Maple” (Qızıl Ağcaqayın) mükafatına layiq görülüb.