-
- 26-10-2021, 13:34
- 609
Prezidentlərə Qarabağın simvolik açarları təqdim olundu
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib.
News24.az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Ərdoğanı hava limanında Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. İlham Əliyev Ərdoğanla Füzuli aeroportunun lentini kəsib.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlət başçılarına Qarabağın simvolik açarlarını təqdim edib.
***
Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub.
News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.
Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimi keçirilib.
News24.az-ın xəbərinə görə, Türkiyənin dövlət başçısını Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başladı.
News24.az xəbər verir ki, dövlət başçısının təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enib.
Qeyd edək ki, Türkiyə Prezidentini Esenboğa hava limanından Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər yola salıblar.
Prezident Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, ətraf mühit və şəhərsalma naziri Murat Kurum, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın müşayiət edir.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.
News24.az xəbər verir ki, dövlət başçısını Ankaradakı Esenboğa Hava Limanından Ankara valisi Vasip Şahin və digər məsul şəxslər yola salıblar.
R.T.Ərdoğanı səfərdə milli müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, ətraf mühit və şəhərsalma naziri Murat Kurum, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu müşaiyət edirlər.
R.T.Ərdoğanın səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.
Azərbaycan və Türkiyə prezidentləri işğaldan azad olunan Füzuli rayonunda qısa müddətdə inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəklər.
Bundan başqa, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Füzulidə yeni avtomobil yolunun və Zəngilan rayonunda Türkiyənin dəstəyi ilə inşa ediləcək "Ağıllı aqropark"ın təməlini qoyacaqlar.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan əlaqələri müzakirə ediləcək, bu münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımlar nəzərdən keçiriləcək. Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, həmçinin regional və beynəlxalq proseslərlə bağlı da fikir mübadiləsi aparılacaq.