-
- 16-10-2021, 12:36
- 489
Füzuli hava limanına beynəlxalq status verildi
Baş nazir Əli Əsədovun sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilən ərazisində tikilən hava limanına beynəlxalq status verilib.
News24.az xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti razılaşdırılmış təklif irəli sürüb.
Sərəncama əsasən, Füzuli rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Füzuli Hava Limanına beynəlxalq status verilib.
Xarici İşlər Nazirliyinə tapşırılıb ki, Füzuli Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərsin