-
- 27-10-2021, 13:52
- 477
“Koronavirusa yoluxan şagirdlərin sayı sinfin bağlanmasında ROL OYNAMIR” – Təhsil Nazirliyi - Eksklüziv
“Sinif və ya məktəbin distant təhsilə keçməsi ilə bağlı qərar Gigiyena və Epidemiologiya Mərkəzinin rəyinə əsasən verilir. Yoluxan şagirdlərin sayının sinfin distant təhsilə keçməsində heç bir önəmi yoxdur”.
Bunu Təhsil Nazirliyinin mətbuat xidməti News24.az-ın sorğusunu cavablayarkən bildirib.
Qeyd olunub ki, sinfin onlayn təhsilə keçməsi şagirdin yoluxduqdan sonra dərslərdə iştirak müddətindən asılıdır: Koronavirus testi müsbət nəticələnən şagird və ya təhsil işçisi dərhal özünütəcrid edir. Həmçinin onlarla təmasda olanlar da təcrid olunurlar. Məsələn, şagird 2-3 gün öncə yoldaşları ilə təmasda olubsa, artıq xəstəlik yoluxucu sayılır və həmin sinif bağlanır”.
Təhsil Nazirliyindən verilən məlumata görə, ölkə üzrə hazırda 542 sinif distant təhsildədir. Bu, ölkə üzrə ümumtəhsil məktəblərinin 0,6 faizini təşkil edir. Respublikanın ümumtəhsil məktəbləri üzrə bu vaxta qədər 5042 şagird və 3388 müəllim koronavirusa yoluxub. Ölkədə mövcud 4432 ümumtəhsil məktəbindən 31-i distant təhsilə keçib.