Külli miqdarda pul mənimsəyən şəxs axtarılır - FOTO - VİDEO
    • 27-10-2021, 15:52
    • 425

Külli miqdarda pul mənimsəyən şəxs axtarılır - FOTO - VİDEO

Ayrı-ayrı ünvanlarda yerləşən eyni torpaq sahəsi və bina evini eyni anda bir neçə nəfərə satan şəxs axtarılır. 

News24.az
xəbər verir ki, bu barədə “Xəzər TV”də yayımlanan və Lalə Azərtaşın aparıcısı olduğu “Təsir Dairəsi” verilişində məlumat verilib. 

Bildirilib ki, Əli İbrahimov adlı şəxs torpaq və mənzil satışı adı ilə müxtəlif şəxslərdən külli miqdarda pul mənimsəyib. 

Lalə Azərtaş veriliş zamanı bildirib ki, Ə.İbrahimovla bağlı proqrama 150-dən çox zəng gəlib. 

Verilişə zəng edən Əli İbrahimov isə Ukraynada xəstəxanada müalicə aldığını deyib. 

Hazırda polis sözügedən şəxslə bağlı axtarış işləri aparır. 

"Təsir Dairəsi"nin sözügedən buraxılışını təqdim edirik: