Bakıda insanları “Facebook”da tora salıb külli miqdarda pul ələ keçirdilər – ŞOK
    • 16-07-2019, 16:50
    • 728

Bakıda insanları “Facebook”da tora salıb külli miqdarda pul ələ keçirdilər – ŞOK

Bakıda sosial şəbəkə vasitəsi ilə insanların külli miqdarda pulunu ələ keçirmiş şəxs barəsində açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az
-ın məlumatına görə, İsmayılov Aydın Cəlal oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1.3.2-ci, yəni, Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma - külli miqdarda törədildikdə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Mahmud Ağalarovun icraatına verilib. İbtidai istintaq dövründə A.İsmayılovun əməllərindən şikayətçi olan 9 nəfər zərərçəkən şəxs qismində tanınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxs “SN Group” MMC-nin direktorudur. A.İsmayılov öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə 2018-ci ilin iyul-avqust aylarında “Facebook” sosial şəbəkəsində elan verməklə ev və torpaq sahəsi almaq istəyən şəxslərə rəhbəri olduğu MMC tərəfindən güzəştli kredit veriləcəyini bildirib.

Həmin elanla əlaqədar ona müraciət ayrı-ayrı şəxsləri cəmiyyətin ofisinə dəvət edərək, onlara yalandan şəxsiyyət vəsiqəsi ilə az miqdarda ödəniş qarşılığında sərfəli faizlə ipoteka krediti verəcəyini deyib. Bu yolla həmin şəxsləri aldadaraq, bankda yerləşən şəxsi hesabına ümumilikdə 97 min manat məbləğində pulun köçürülməsinə nail olub. Lakin verdiyi vədə əməl etməyib

Daha sonra zərərçəkmişlərin şikayəti əsasında A.İsmayılov saxlanılıb və barəsində cinayət işi açılıb.