Məşhurlar məhbusların görüşünə getdi – FOTOLAR - VİDEO
    • 22-11-2018, 12:46
    • 897

Məşhurlar məhbusların görüşünə getdi – FOTOLAR - VİDEO

Bu gün Azərbaycan Ədliyyəsinin 100 illik yubileyidir.

News24.az xəbər verir ki,  ötən gün bu münasibətlə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində bayram konserti baş tutub.

Prodüser Tarix Əliyevin təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış simalar iştirak edib.

Onların sırasında Əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyeva, aşıq Əli, müğənnilər Sevil və Sevinc Səfərovalar, Türkan Vəlizadə, Nazənin Salayeva, Nadir Bayramlı, xanəndə Rövşən Əziz, bədii qirayətçi Pünhan İsmayıllı, rəqqasə Fatimə Fətəliyeva, xeyriyyəçi-aparıcı Hacı Nuran olub.

Tədbir aşıq Samirənin Azərbaycan Dövlət Himnini canlı ifa etməsi ilə start götürüb. Sonra isə rəqqasə Fatimə Fətəliyeva “Cumhuriyyət suitası”nın sədaları altında rəqs edib.

Səhnəyə çıxaraq məhbusları salamlayan aparıcı Aytəkin Mərdanova sözü cəzaçəkmə müəssisəsinin rəisi Emin Həsənova verib:

“Bildiyiniz kimi, bu gün Azərbaycan ədliyyəsinin 100 illik yubileyi qeyd olunur. Başda Ədliyyə naziri Fikrət Məmmədov və Ədliyyə nazirinin müavini, pentensiar xidmətin rəisi, ədliyyə general leytenantı Ceyhun Həsənov olmaq bütün ədliyyə işçilərinin peşə bayramını təbrik edirəm.

Nəzərinizə çatdırım ki, 100 illiklə bağlı bütün pentensiar xidmətin cəzaçəkmə müəssisələrində bayram konsertləri təşkil olunub. Bu şəraiti yaratdığı üçün cənab Ceyhun Həsənova həm öz həm də bütün cəzaşəkmə müəssisəsi əməkdaşları adından təşəkkürümü bildirirəm”.

E.Həsənovun çıxışından sonra ifaçılar sevilən mahnılarını ifa ediblər.

Bayram ab-havasında keçəndə konsertdə F.Fətəliyevanın məhbuslarla rəqsi alqışlarla qarşılanıb.

Teymur MƏMMƏDOV
FOTO/VİDEO: Nurlan GÜLMƏMMƏDOV