Fatimə “Cumhuriyyət Suitası”nı təqdim etdi- FOTO-VİDEO
    • 14-11-2018, 11:30
    • 827

Fatimə “Cumhuriyyət Suitası”nı təqdim etdi- FOTO-VİDEO

Məşhur rəqqasə Fatimə Fətəliyeva yeni “Cumhuriyyət Suitası” klipini təqdim edib. Dövlət Bayrağı Gününə həsr edilən klipin musiqisi əməkdar incəsənət xadimi Nailə Mirməmmədliyə məxsusdur. 9 aya ərsəyə gələn əsərin aranjimanı Rəşad Huseynovundur. “Cumhuriyyət Suitası”nın rejissoru Nail Naiboğludur.

Vətənpərvər mövzuda çəkilən klipdə rəqsin quruluşu -Fatimə Fətəliyeva və Fərhad Vəliyevdir.  News24 bildirir ki, məşhurların və medianın iştirak etdiyi tədbirin aparıcısı Lamiyyə Ələkbərova idi. Qonaqlar sırasında Fatimənin müəlliməsi Aliyə Ramazanova da iştirak edib.

Xalq artisti Mənsum İbrahimov, Hacı Nuran, Xatirə İslam, Şəbnəm Tovuzlu, Zenfira İbrahimova, Rüfət Axundov, Ceyhun Qala, Vügar Əbdulov, Sevda Yahyayeva, Renka, Əhməd Müstafayev, Rəşad İlyasov, Manaf Ağayev, Kərim Abbasov, Pərviz Bülbülə və başlarının qatıldığı tədbir maraqlı anlarla yadda qalıb.  Yeni işi haqda bu sözləri deyib: “Budur, ən xoşbəxt insan mənəm. Aylardı üzərində çalışdığım layihəm işıq üzü gördü. Yanımda olan hər kəsə təşəkkür edirəm.

News24.az
Foto:Nurlan Gülməmmədov