"WhatsApp" milyonlarla telefonda bundan sonra işləməyəcək
    • 28-10-2021, 11:35
    • 737

"WhatsApp" milyonlarla telefonda bundan sonra işləməyəcək

Noyabrın 1-dən milyonlarla telefonda "WhatsApp"dan istifadə mümkünsüz olacaq. 

News24.az xəbər verir ki, buna səbəb şirkətin bir sıra telefon modellərində sözügedən mesajlaşma tətbiqinin yenilənməsini dayandırmasıdır. 

1 noyabr tarixindən artıq "Android" və ya "iOS"-un köhnə versiyaları olan smartfon və planşetlərdə messencer dəstəklənməyəcək. Bu, təxminən 50 modelə aiddir.

Bu sıraya "Samsung" və LG-nin keçmiş illərin flaqmanları, "iPhone 6S", hətta "SE" kimi çox populyar cihazlar var.

İstifadəçilər "Android 4.1" ilə işləyən mobil cihazlardan, həmçinin "iOS 10" və ya daha sonrakı versiyalarla işləyən "iPhone"-lardan istifadə etməli olacaqlar.