-
- 29-10-2021, 16:47
- 458
Bakıda 54 yaşlı kişi itkin düşdü - Foto
Suraxanı rayonuda yaşayan 1967-ci il təvəllüdlü Telman Cəfərov itkin düşüb.
DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, onun qohumları Suraxanı Rayon Polis İdarəsinə müraciət edərək bildiriblər ki, həmin şəxs evdən çıxaraq bir daha geri qayıtmayıb. Telman Cəfərov arıq bədən quruluşludur, boyu 162 santimetrdir. Evdən çıxan zaman əynində qara rəngli gödəkçə, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub.
Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Suraxanı Rayon Polis İdarəsinə (012) 452-02-02 və 050-433-49-47 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, Telman Cəfərov 2-cı qrup Çernobıl əlilidir. O, yaşadığı yeri xatırlamaqda və fikirlərini izah etməkdə çətinlik çəkir.