AZƏRBAYCANDA DƏHŞƏT: 11 yaşlı qızın övladı dünyaya gəldi, ailə uşaqdan İMTİNA ETDİ
    • 29-10-2021, 18:34
    • 694

AZƏRBAYCANDA DƏHŞƏT: 11 yaşlı qızın övladı dünyaya gəldi, ailə uşaqdan İMTİNA ETDİ

İmişlidə hamilə olan 11 yaşlı qızla bağlı tibb müəssisəsindən açıqlama verilib.

News24.az xəbər verir ki, Respublika Klinik Xəstəxanasının hamiləlik patologiyası şöbəsindən "Qafqazinfo"ya bildirilib ki, uşaq qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib:

"Ananın vəziyyəti yaxşıdır, uşaq isə 30-31 həftəlikdir. Hazırda uşaq neonotologiya şöbəsindədir, vəziyyəti qənaətbəxş deyil. Cəmi 11 yaşı var onun. Bir az öncə 11 yaşlı uşağın bir qız uşağı oldu. Əlbəttə, cinayət işi də açılacaq, cinayətkar da tutulacaq. Amma ən böyük cinayətkar ailədir.
O ailə nə vəziyyətdə olmalıdır ki, uşağının 31 həftəlik hamiləliyini, burnuna dəyən qarnını görməsin! Ən böyük cəza ailənindir. Ən böyük cəza valideynindir! Hazırda cəza çəkən uşaqdır. Cəzası iztirablardır, zorlanmasıdır, hamiləliyidir, reanimasiyada can çəkişidir. O kiçik canında daşıdığı günahsızlığın cəzasıdır cəzası. Cinayətkarı isə küncdə-bucaqda axtarmayın. Nərminin ruhuna heç olmasa, bu dəfə hörmət edin. Valideyn üçün isə allahdan nə böyük cəza varsa, onu diləyirəm”,.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, azyaşlının ailəsi hamiləliklə bağlı xəstəxanaya müraciət edib.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bu hadisəylə bağlı sosial şəbəkə hesabında paylaşım edərək ailənin uşaqdan imtina etdiyini qeyd edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-a daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, Rayon Mərkəzi xəstəxanasından İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.