Yevlaxda ana ölümü ilə bağlı İcbari Tibbi Sığorta Dövlət Agentliyi AÇIQLAMA verdi
    • 12-11-2019, 23:57
    • 1 232

Yevlaxda ana ölümü ilə bağlı İcbari Tibbi Sığorta Dövlət Agentliyi AÇIQLAMA verdi

İcbari Tibbi Sığorta Dövlət Agentliyi (İTSDA) Yevlaxdakı ana ölümü ilə bağlı məlumat yayıb.


İTSDA-nın mətbuat xidmətindən News24.az -a verilən məlumata görə, 8 noyabr 2019-ci ildə Yevlax rayon sakini, 28 yaşlı Gülanə Əliyeva ikincili hamiləlik dövründə səhhətində yaranan problemlərlə bağlı ailə həkiminin göndərişi ilə Yevlax rayon Mərkəzi Xəstəxanasına müraciət edib:

"Yevlax rayon Mərkəzi Xəstəxanasında aparılmış müayinə nəticəsində G.Əliyevada hamiləliklə yanaşı patologiyalar aşkarlanıb. Tibbi təlimata əsasən o, həmin gün təcili tibbi yardım maşını ilə həkim nəzarəti altında Səhiyyə Nazirliyi akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Patoloji hamiləlik söbəsinə göndərilib.


10 noyabr 2019-cu il tarixində G.Əliyeva həmin tibb müəssisəsində uşaq dünyaya gətirib”.


Rəsmi məlumata görə, ananın ölümü doğuşdan sonra baş verib:


"Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş vermiş ana ölümü ilə bağlı araşdırmanın aparılması Səhiyyə Nazirliyinin səlahiyyətindədir”.