Türkan Vəlizadə: Nəyisə səhv etmişəmsə, özümə aiddir... - VİDEO
    • 22-11-2018, 15:15
    • 2 693

Türkan Vəlizadə: Nəyisə səhv etmişəmsə, özümə aiddir... - VİDEO

Populyar müğənni Türkan Vəlizadə bu gün Tolikin "Hər şey daxil" proqramının qonağı olub.

Aparıcının suallarını cavablandıran müğənni Pərviz Bülbülə ilə duetinin sonlanacağından danışıb. Bildirib ki, efirlərdə populyar olmasının səbəbkarı Bülbülədir. Bu səbəbdən də Pərviz nə zaman istəsə, duet ortaqlığına da o vaxt son veriləcək: "Pərviz məndən duet yoldaşı olaraq ayrılmayınca, mən o insandan ayrılan deyiləm. Çünki Allah Pərvizin vasitəsilə mənim əlimi çörəyə çatdırıb. O, mənə çox böyük dəstək olub. " 
Müğənni şəxsi həyatına dair suala isə cavab olaraq bildirib ki, bu baxımdan gündəmdə olmağı sevmir. "Şəxsi həyatımda nəyisə səhv etmişəmsə, özümə aiddir" - deyən T. Vəlizadə kiminsə onu qınamaq haqqı olmadığını bildirib.

Azər NƏSİBOV